Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ƏYYUB 1:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 О, једди мин баш гојуна, үч мин баш дәвәјә, беш јүэ ҹүт өкүэә, беш јүэ баш ешшәјә вә чохлу нөкәрләрә саһиб олуб шәргдә јашајанлар арасында ән варлы адам сајылырды.

Fəsildə baxın Kopyalayın




ƏYYUB 1:3
34 Çarpaz İstinadlar  

Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.


İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.


Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər.


Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi.


Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.


Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.


iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç,


Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın».


Varlı adamın çoxlu sürüləri və naxırı var idi.


Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.


Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.


Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi.


dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya;


O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.


O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi.


Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb.


Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər.


Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?”


Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim.


Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,


Onda atdığım hər addımı Allaha bildirərdim, Mən bir şahzadə kimi Onun yanına gedərdim.


Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi.


Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi. Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt öküzü və min eşşəyi var idi.


Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.


Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir: «Qalxın Qedara hücum edin, Şərq xalqını məhv edin.


Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi.


İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi.


Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər.


Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi.


Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.


Maonda yaşayan, Karmeldə mülkü olan çox varlı bir adam var idi. Onun üç min baş qoyunu, min baş keçisi vardı. O, qoyunlarını Karmeldə qırxdırırdı.


O hücum etdiyi bu yerlərdə nə qadın, nə də kişilərdən heç kimi sağ buraxmazdı. Onların qoyunlarını, öküzlərini, eşşəklərini, dəvələrini və geyimlərini götürüb Akişin yanına qayıdırdı.


Bizi izlə:

Reklamlar


Reklamlar