Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




İKİNCİ SALNAMƏLƏR 12:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 О, пис олан ишләр етди, чүнки үрәји Рәбби ахтармаг истәмәди.

Fəsildə baxın Kopyalayın




İKİNCİ SALNAMƏLƏR 12:14
17 Çarpaz İstinadlar  

Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar.


Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt.


Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər.


Lakin sənin yaxşı işlərin də var: Aşera bütlərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın».


Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın».


Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.


Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.


Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm.


Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir.


Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.


Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.


Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun.


Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.


Şamuel bütün İsraillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq».


Bizi izlə:

Reklamlar


Reklamlar