Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 8:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Анҹаг фирон вәэијјәтин јүнҝүлләшдијини ҝөрәндә Рәббин сөјләдији кими үрәјиндә инад етди вә онлара гулаг асмады.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 8:15
24 Çarpaz İstinadlar  

Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?»


Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq.


firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam.


Onları qalaq-qalaq yığdılar və torpaq iylənməyə başladı.


Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”».


Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın».


Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın».


Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı buraxmadı.


Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram».


Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır.


Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.


Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.


Pis adama rəhm etsələr də, O, doğruluğu öyrənməz, Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin əzəmətini görməz.


Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, Erkən uçub gedən şeh kimidir.


Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».


Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.


Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər.


İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər.


Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək».


Misirlilərlə fironun ürəyi inadkarlıq etdiyi kimi nə üçün sizin də ürəkləriniz inadkarlıq edir? Allah onlarla sərt davrananda İsrailliləri azad buraxmadılarmı?


Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir».


Bizi izlə:

Reklamlar


Reklamlar