Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 6:23 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

23 Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

23 Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

23 Һарун Нахшонун баҹысы Амминадавын гыэы Елишеваны арвад алды; арвады она Надавы, Авиһуну, Елеаэары вә Итамары доғду.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 6:23
19 Çarpaz İstinadlar  

Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi.


Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.


Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin.


Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb,


Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin.


Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir.


Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.


Yəhudadan: Amminadav oğlu Naxşon;


Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun.


Harunu və oğlu Eleazarı götür, onları Hor dağına apar.


Musa Harunun kahinlik geyimlərini çıxarıb oğlu Eleazara geyindirdi. Harun orada dağın təpəsində öldü. Musa ilə Eleazar dağdan endilər.


Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.


Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi.


Bundan sonra Harun oğlu Eleazar öldü. Onu Efrayimin dağlıq bölgəsində oğlu Pinxasa verilən təpədə dəfn etdilər.


Bizi izlə:

Reklamlar


Reklamlar