Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 40:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Јандырма гурбанлар үчүн гурулан гурбанҝаһы, онун аваданлығыны мәсһ едиб гурбанҝаһы тәгдис ет ки, о ән мүгәддәс олсун.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 40:10
13 Çarpaz İstinadlar  

Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq.


Ləyənlə altlığını məsh edib təqdis et.


Rəbbin Ruhu, Hikmət və anlayış ruhu, Öyüd-nəsihət və qüdrət ruhu, Bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq.


Xudavənd Rəbbin Ruh üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,


Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir qurbanı kimi ən müqəddəsdir.


Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi.


Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.


Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.


Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir.


Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.


Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.


Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun.


Bizi izlə:

Reklamlar


Reklamlar