Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 4:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Рәбб Мусаја деди: «Сәнин әлиндәки нәдир?» О деди: «Әса».

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 4:2
10 Çarpaz İstinadlar  

Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı.


Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?» Qadın dedi: «Bir qab yağdan başqa bu kənizinin evində heç nə yoxdur».


Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən».


Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı.


Sən sabah səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində gözlə.


«Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”».


Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək.


Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın.


Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar.


Bizi izlə:

Reklamlar


Reklamlar