Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 4:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Рәбб она деди: «Ағэы инсана ким вериб? Инсаны лал, кар, кор јахуд ҝөэлү едән кимдир? Буну едән Мән Рәбб дејиләмми?

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 4:11
18 Çarpaz İstinadlar  

Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər».


Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq».


Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir.


Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən.


O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi, Pisliyin silindi, günahın bağışlandı».


Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam».


Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum.


O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim.


Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?


korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.


Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».


Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı.


Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»


Bizi izlə:

Reklamlar


Reklamlar