Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 36:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Муса Бесалели, Оһолиавы вә бүтүн үрәкләри һикмәтлә долу – Рәббин онларын үрәкләринә һикмәт гојдуғу адамлары, бу иши үрәкдән ҝөрмәк истәјәнләрин һамысыны чағырды.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 36:2
15 Çarpaz İstinadlar  

Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrin gözləyir».


qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?»


«Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin.


Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.


Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin.


Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər:


Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin:


Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün.


Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».


Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər.


İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər.


Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır».


Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.


Bizi izlə:

Reklamlar


Reklamlar