Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 33:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

19 Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

19 Рәбб деди: «Мән бүтүн хејирхаһлығымы Сәнин гаршындан кечирәҹәјәм вә Рәбб олан адымы гаршында бәјан едәҹәјәм. Кимә истәсәм, лүтф ҝөстәрәрәм, кимә истәсәм, рәһм едәрәм».

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 33:19
16 Çarpaz İstinadlar  

Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər.


O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin.


Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.


Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.


Onlar Sionun yüksək təpəsinə gəlib Tərənnüm edəcək. Rəbbin verdiyi nemətlər – Taxıl, təzə şərab, zeytun yağı, Qoyun-keçi, mal-qara önünə axışacaqlar. Canları sulanmış bağça kimi olacaq, Bir daha taqətdən düşməyəcəklər.


Kahinləri bol yeməklə doyduracağam, Xalqım nemətlərimlə doyacaq» Rəbb belə bəyan edir.


Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək.


Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?


Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?


Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin!


Bizi izlə:

Reklamlar


Reklamlar