Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 32:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Рәбб Мусаја сөэүнү давам етди: «Ҝөрүрәм ки, бу халг дикбаш халгдыр.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 32:9
19 Çarpaz İstinadlar  

Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər.


İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün.


Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər.


İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin.


Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.


süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm».


Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”».


Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».


Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.


Bilirdim inadkar olduğunuzu, Dəmir boyunlusunuz, tunc alınlısınız.


Çöldəki təpələr üzərində Gördüyün iyrənc işləri, Zinakarlığını, şəhvətlə kişnəməyini, Həyasız əxlaqsızlığını gördüm. Vay halına, ey Yerusəlim! Sən nə vaxta qədər Təmizlənə bilməyəcəksən?»


İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.


Rəbb Musaya belə dedi: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?


Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız.


Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.


Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.


Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır.


Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız.


Bizi izlə:

Reklamlar


Reklamlar