Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 32:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Муса әлиндә ики шәһадәт лөвһәси илә дөнүб дағдан енди. Лөвһәләрин ики тәрәфи – бу үэү дә, о үэү дә јаэылы иди.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 32:15
14 Çarpaz İstinadlar  

Rəbbin Musaya əmr etdiyi kimi Harun onu Şəhadət sandığının önündə qoruyub saxladı.


Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim».


Musa buludun içinə girib dağa çıxdı və qırx gün-qırx gecə dağda qaldı.


Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi.


Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi.


Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır.


Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.


Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb.


Ölümlə nəticələnən xidmət, yəni daş lövhələr üzərində həkk olunan yazılı Qanun elə ehtişamla gəldi ki, Musanın üzündən parlayan ehtişam ötəri olduğu halda İsrail övladları onun üzünə baxa bilmirdilər.


Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi.


Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi.


Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi.


Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi.


Bizi izlə:

Reklamlar


Reklamlar