Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 30:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Бу гурбанҝаһы Шәһадәт сандығынын гаршысында олан пәрдәнин өнүнә – Мәним сәнинлә ҝөрүшәҹәјим јерә, кәффарә гапағынын өнүнә гој.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 30:6
16 Çarpaz İstinadlar  

Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.


Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və


Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun.


Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört.


Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman,


Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;


Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.


Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur.


Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin.


Əsaları sizinlə görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy.


O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.


Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.


Bizi izlə:

Reklamlar


Reklamlar