Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 3:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm deyən sizin yanınıza məni göndərdi›”».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Аллаһ Мусаја деди: «Вар Олан Мәнәм». Сонра деди: «Исраил өвладларына белә сөјлә: “‹Мәнәм дејән сиэин јаныныэа мәни ҝөндәрди›”».

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 3:14
21 Çarpaz İstinadlar  

Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?


Rəbb döyüşçüdür, Rəbdir Onun adı.


Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir.


Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?»


Sonra Allah Musaya dedi: «Mən Rəbbəm.


Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım.


Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.


Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur.


Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».


sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».


Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz».


Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, O Mənəm və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram.


İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm».


Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli» dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.


İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.


Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan,


Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək


Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»


Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»


Bizi izlə:

Reklamlar


Reklamlar