Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 28:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Ики әдәд дамарлы әгиг дашы ҝөтүр вә үстүндә Исраилин оғулларынын адларыны һәкк ет.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 28:9
16 Çarpaz İstinadlar  

Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.


Bütün səyimlə Allahımın məbədindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam.


Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün.


Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.


efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.


Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı,


dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın.


Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et.


Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun.


daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin.


dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı.


Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını


Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır.


Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.


Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı.


O gün özlərinin Allahı Rəbb Xalqının sürüsü kimi onları xilas edəcək. Onlar Onun torpağında Tac daş-qaşı kimi parıldayacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar