Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 25:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Гој әбришим ағаҹындан сандыг дүэәлтсинләр: уэунлуғу ики гулаҹ јарым, ени гулаҹ јарым, һүндүрлүјү гулаҹ јарым олсун.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 25:10
11 Çarpaz İstinadlar  

Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».


Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını,


sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini;


Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar.


Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.


Düşərgə yola düşəndə Harunla oğulları içəri girsinlər, arakəsmə pərdəsini endirərək onunla Şəhadət sandığını örtsünlər.


Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər və onun şüvüllərini yerinə qoysunlar.


Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi.


Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.


Bizi izlə:

Reklamlar


Reklamlar