Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 23:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Mənə ildə üç dəfə bayram edin:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Mənə ildə üç dəfə bayram edin:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Мәнә илдә үч дәфә бајрам един:

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 23:14
14 Çarpaz İstinadlar  

Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.


Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.


İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər.


Özünüz üçün tökmə allahlar düzəltməyin.


Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunan vaxtı yeddi gün mayasız çörək yeyin, çünki Aviv ayında Misirdən çıxdınız.


Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın, cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı darvazadan çıxsın.


yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin.


«İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin.


Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.


Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır.


Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı.


Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Heç kəs Rəbbin hüzuruna əliboş gəlməsin.


Elqana Ordular Rəbbinə səcdə qılmaq və qurban kəsmək üçün hər il öz şəhərindən Şiloya gedərdi. Orada Elinin iki oğlu – Xofni və Pinxas Rəbbin kahinləri idi.


Bizi izlə:

Reklamlar


Reklamlar