Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 23:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Бош хәбәр ҝәэдирмәјин. Јаланчы шаһид олмаг үчүн һагсыэ адамла әлбир олмајын.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 23:1
40 Çarpaz İstinadlar  

Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi.


Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı».


Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et.


Heç kimə qarşı yalandan şahidlik etmə.


Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam.


Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.


Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.


Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar.


Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.


Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər.


Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.


Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.


Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar.


Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın.


Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir.


Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.


Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs.


Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər.


Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.


Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.


O adam İsadan «Hansı əmrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə.


Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam».


Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».


«Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»


Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.


Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.


Heç kimə qarşı yalandan şahidli etmə.


şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni,


Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar.


Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.


Bizi izlə:

Reklamlar


Reklamlar