Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 22:27 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

27 Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

27 Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

27 Чүнки бу палтар онун јеҝанә өртүјү вә әјнинин ҝејимидир. Бәс о адам јатанда нә илә үстүнү өртсүн? О Мәнә фәрјад едәндә сәсини ешидәҹәјәм, чүнки Мән лүтфкарам.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 22:27
14 Çarpaz İstinadlar  

Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı.


Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim.


İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər».


Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz».


Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm.


Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm,


Padşahı hətta ürəyində də söymə, Varlı adamı yataq otağında da lənətləmə. Çünki göydə uçan quşlar xəbər aparar, Qanadlı məxluqlar sənin sözünü çatdırar.


Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.


Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin.


Bizi izlə:

Reklamlar


Reklamlar