Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 22:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

20 Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

20 Рәбдән башга диҝәр аллаһлара гурбан ҝәтирән адам тамамилә мәһв олунсун.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 22:20
20 Çarpaz İstinadlar  

İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.


Yandırma qurbanları gətirilməsi sona çatanda Yehu öz mühafizəçilərinə və rəislərinə dedi: «İçəri girib onları qırın, heç kəs çıxa bilməsin». Mühafizəçilər və rəislər onları qılıncdan keçirib qırdılar və meyitlərini bayıra atdılar. Sonra Baal məbədinin içəri otağına girdilər.


İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.


Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz.


Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”»


Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın.


Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız Rəbb Mənəm›.


İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.


Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin.


Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara –Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.


Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xorma qoyuldu.


O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.


Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”.


Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.


Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.


Bizi izlə:

Reklamlar


Reklamlar