Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır.
Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.
Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox».