Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 19:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Муса исә даға – Аллаһын һүэуруна чыхды. Рәбб ону дағдан чағырыб деди: «Јагуб нәслинә, Исраил өвладларына белә сөјлә:

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 19:3
12 Çarpaz İstinadlar  

Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı.


Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.


Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim».


Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı.


Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz».


Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi.


Səhərə hazır ol və Sina dağına çıx. Dağın zirvəsi üstündə önümdə dur.


Rəbb ona buyurduğu kimi Musa əvvəlkilərə bənzər iki daş lövhə yondu və səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı.


Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi:


Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.


Bizi izlə:

Reklamlar


Reklamlar