Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 19:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Онлар Рефидимдән көчүб Сина сәһрасына ҝәлдиләр. О сәһрада Исраил өвладлары дағын гаршысында дүшәрҝә салдылар.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 19:2
10 Çarpaz İstinadlar  

Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi.


Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər.


Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib,


Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi.


Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz».


İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi:


Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar.


Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü.


Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.


Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.


Bizi izlə:

Reklamlar


Reklamlar