Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 17:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Муса Јешуаја деди: «Биэим үчүн бир нечә адам сеч, ҝет Амалеглиләрлә дөјүш. Сабаһ мән әлимдә Аллаһын әсасы илә тәпәнин башында дајанаҹағам».

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 17:9
18 Çarpaz İstinadlar  

onun oğlu Nun, onun oğlu Yeşua.


Yeşua Amaleq podşahını və xalqını qılıncdan keçirib qırdı.


Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki,


Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı.


Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi.


Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən».


Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa».


Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı.


Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi.


Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi.


Efrayim qəbiləsindən Nun oğlu Huşə;


Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan.


Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı.


Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi.


Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.


Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı.


Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi:


Bizi izlə:

Reklamlar


Reklamlar