Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 15:21 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

21 Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

21 Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

21 Мәрјәм онларын гаршысында бу илаһини охуду: Рәббә илаһи охујун, Чох бөјүк эәфәр чалды. Аты вә сүвариләри дәниэә туллады!

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 15:21
17 Çarpaz İstinadlar  

Filiştlilərin qızları sevinməsinlər deyə, Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə Bunu Qatda bildirməyin, Aşqelon küçələrində yaymayın.


O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi.


Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,


O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular: «Rəbbə ilahi oxuyacağam, Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı.


Fironun döyüş arabalarını, Ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları Qırmızı dənizdə boğuldu.


Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi.


Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir.


Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın.


Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər! Mən Rəbbi tərənnüm edəcəyəm, İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm!


Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar.


Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular: «Şaul qırdı minləri, Davudsa on minləri».


Bizi izlə:

Reklamlar


Reklamlar