Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 13:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolay apardı. İsrail övladları Misir torpağından silahlanıb çıxdılar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

18 Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı. İsrail övladları Misir torpağından silahlanıb çıxdılar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

18 Аллаһ халгы Гырмыэы дәниэә тәрәф сәһра јолу илә долај апарды. Исраил өвладлары Мисир торпағындан силаһланыб чыхдылар.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 13:18
13 Çarpaz İstinadlar  

Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın».


Rəbb o gün İsrail övladlarını Misir torpağından dəstələrlə çıxartdı.


«İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”.


Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar.


Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”.


Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu.


Arvadlarınız, uşaqlarınız, sürüləriniz İordan çayının bu tayında Musanın sizə verdiyi torpaqda qalsın. Ancaq siz – bütün igid adamlar silahlanıb qardaşlarınızın qabağında o taya keçin.


Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı Musanın onlara dediyi kimi silahlanaraq İsrail övladlarının önündə çayı keçdi.


Döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi.


Bizi izlə:

Reklamlar


Reklamlar