Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 12:29 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

29 Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

29 Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

29 Ҝеҹәјарысы Рәбб Мисир торпағында олан бүтүн илк оғуллары өлдүрдү; тахтда отуран фиронун илк оғлундан тутмуш эинданда олан әсирин илк оғлуна гәдәр һәр илк оғул, һејванларын һәр илк баласы да өлдү.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 12:29
27 Çarpaz İstinadlar  

Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar.


Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür.


Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.


Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.


Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq.


Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm.


Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər.


Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”.


Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”».


Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi.


Onlar yeraltı zindana dustaq kimi yığılacaq, Həbsxanada bağlı saxlanacaq, Uzun müddət keçəndən sonra cəzalanacaq.


Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.


Zəncirlərlə buxovlanmış dustaqlar Tezliklə azadlığa çıxacaq. Ölüm çuxuruna düşməyəcək, Çörəkləri əskik olmayacaq.


Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.


O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.


Vəba Onun önündə gedir, Ölümcül xəstəlik arxasınca gəlir.


Sizə gəlincə, əhd qurbanının qanından ötrü Sürgündəki xalqınızı Susuz quyudan çıxarıb xilas edəcəyəm.


Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm.


O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu.


İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim.


İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.


göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,


Bizi izlə:

Reklamlar


Reklamlar