Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 12:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Ону белә јејин: белиниэ гуршанмыш, чарыгларыныэ ајағыныэда вә дәјәнәјиниэ әлиниэдә олсун, ону тәләсик јејин. Бу, Рәббин Пасхасыдыр.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 12:11
21 Çarpaz İstinadlar  

Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin».


Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək.


Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin.


onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi.


Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin;


Axı siz tələsmədən çıxacaqsınız, Qaça-qaça getməyəcəksiniz, Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq.


Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin və mayasız çörək yeyin.


Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır.


Birinci ayın on dördüncü günü Rəbbin Pasxa bayramıdır.


İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında Musaya dedi:


«Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın.


Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın.


Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.


Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.


Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi.


Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı.


İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər.


Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.


Bizi izlə:

Reklamlar


Reklamlar