Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ÇIXIŞ 1:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Мисирлиләр Исраил өвладларыны ағыр ишләрлә – палчыг тапдаламагла, кәрпиҹ кәсмәклә вә һәр ҹүр тарла ишләри илә амансыэҹасына ишләдиб онларын һәјатыны аҹы етдиләр.

Fəsildə baxın Kopyalayın




ÇIXIŞ 1:14
30 Çarpaz İstinadlar  

Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək.


cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».


Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər.


onları sıxıntılı əsarətdə saxladılar.


Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi:


Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı.


«Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.


Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar.


Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar.


Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma.


O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi.


Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm. Axı onlar sənə belə dedi: “Uzan yerə, üstündən keçək”. Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər».


Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir.


Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi?


O soydaşına sərt ağalıq etmə. Allahından qorx.


Siz özünüzdən sonra bunları oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşına sərt ağalıq etməsin.


Yəni ilbəil muzdlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında ona sərt ağalıq etməsin.


Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız.


Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür!


Atalarımız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər.


Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar.


Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.


Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər.


Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız.


Naomi onlara dedi: «Mənə Naomi deməyin, mənə Mara deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi.


Bizi izlə:

Reklamlar


Reklamlar