Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ZƏKƏRİYYƏ 1:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Мәнимлә данышан мәләк мәнә деди: «Мүраҹиәт едиб сөјлә ки, Ордулар Рәбби белә дејир: “Јерусәлим вә Сион үчүн бөјүк гысганҹлыг дујурам.

Fəsildə baxın Kopyalayın




ZƏKƏRİYYƏ 1:14
19 Çarpaz İstinadlar  

Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək”.


Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»


Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin!


Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin».


Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.


Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək.


O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü.


Ya Rəbb, göylərdən bax, Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal! Haradadır Sənin qeyrətin, gücün? Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.


Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.


Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”.


Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.


O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.


Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir.


Rəbb mənimlə danışan mələyə yaxşı vədlərlə, təsəlliverici sözlərlə cavab verdi.


Sən bir daha müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Şəhərlərim yenə bolluqla dolub-daşacaq. Rəbb Siona yenə təsəlli verəcək, Yenə Yerusəlimi seçəcək”».


Mən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk dedi: «Bunların nə olduğunu sənə göstərəcəyəm».


Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı.


Bizi izlə:

Reklamlar


Reklamlar