Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ZƏKƏRİYYƏ 1:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?»

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?»

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Онда Рәббин мәләји деди: «Еј Ордулар Рәбби, бу јетмиш ил әрэиндә гәэәбләндијин Јерусәлимә вә башга Јәһуда шәһәрләринә нә вахта гәдәр мәрһәмәт етмәјәҹәксән?»

Fəsildə baxın Kopyalayın




ZƏKƏRİYYƏ 1:12
24 Çarpaz İstinadlar  

Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi.


Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı. Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.


Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin.


Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı.


Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.


Kef çəkənlərin məclisində oturaraq Sevinib coşmadım, Əlin üzərimdə olduğuna görə Tək-tənha oturdum. Çünki məni qəzəblə doldurmuşdun.


Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm.


Rəbb belə deyir: “Mən Yaqubun çadırlarını Sürgündən geri qaytaracağam. Onun məskənlərinə rəhm edəcəyəm. Şəhər yenidən viranələri üzərində tikiləcək, Saray öz yerində bərpa olunacaq.


Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: «Bu əcaib hadisələrin sonu nə vaxt olacaq?»


Onun padşahlığının birinci ilində mən Daniel Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə Rəbbin Yeremya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım.


Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan.


gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi.


«Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz?


Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.


Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»


Bizi izlə:

Reklamlar


Reklamlar