Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ZƏBUR 78:71 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

71 Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

71 Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

71 Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

71 Әмлик гуэуларын гајғысына галаны ҝәтирди, Халгы Јагуб нәслинин вә Өэ ирси Исраилин чобаны етди.

Fəsildə baxın Kopyalayın




ZƏBUR 78:71
19 Çarpaz İstinadlar  

Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar.


Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?»


Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».


Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan».


İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim.


Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan».


O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq.


“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”».


Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin.


Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi, elə deyilmi?


Bizi izlə:

Reklamlar


Reklamlar