Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YƏHYA 3:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Бәшәрдән доғулан бәшәрдир, Руһдан доғулан руһдур.

Fəsildə baxın Kopyalayın




YƏHYA 3:6
25 Çarpaz İstinadlar  

Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu.


Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.


Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir.


Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim!


Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər?


Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.


Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə.


Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.


Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm.


Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik.


Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.


Rəblə birləşənsə Rəblə ruhən bir olur.


Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.


Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.


Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.


Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.


Allahdan doğulan hər kəs günahını davam etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə bilməz, çünki Allahdan doğulub.


Bizi izlə:

Reklamlar


Reklamlar