Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YƏHYA 3:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Иса она ҹаваб верди: «Сән Исраилин мүәллимисән. Бунлары билмирсәнми?

Fəsildə baxın Kopyalayın




YƏHYA 3:10
28 Çarpaz İstinadlar  

Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin».


Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər!


Bu xalqa yol göstərənlər onları azdırır, Onların ardınca gedənlər qırılır.


«O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir.


Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki,


O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin.


Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».


İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.


Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi.


Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi.


Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu.


Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar.


Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil.


Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.


Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız.


Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik.


Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.


Bizi izlə:

Reklamlar


Reklamlar