Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YƏHYA 2:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 İsa ilə şagirdləri də toya çağırılmışdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 İsa ilə şagirdləri də toya çağırılmışdı.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 İsa ilə şagirdləri də toya çağırılmışdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Иса илә шаҝирдләри дә тоја чағырылмышды.

Fəsildə baxın Kopyalayın




YƏHYA 2:2
30 Çarpaz İstinadlar  

O nə mübahisə, nə də fəryad edəcək. Küçələrdə heç kim Onun səsini eşitməyəcək.


Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.


O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”.


Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.


Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.


İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar.


Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı».


Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi.


əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi.


Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular.


Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.


Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın».


Axşam çatanda İsanın şagirdləri gölə enib


Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?»


Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi.


Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?»


İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir».


O bu sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu halda İsaya xəyanət edəcəkdi.


Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi:


Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün.


Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.


Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin.


Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin.


Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır.


Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.


Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.


Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.


Bizi izlə:

Reklamlar


Reklamlar