Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YUNUS 2:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Рәбб балыға әмр етди вә балыг Јунусу ағэындан гуруја гајтарды.

Fəsildə baxın Kopyalayın




YUNUS 2:10
18 Çarpaz İstinadlar  

Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu.


Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin.


Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.


Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu.


Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu.


Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik».


Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur.


Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.


«Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur.


Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək».


Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı.


Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu:


Bizi izlə:

Reklamlar


Reklamlar