Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞUA 7:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Јешуа Јериходан Бет-Елин шәргиндә, Бет-Авенин јанында олан Ај шәһәринә адамлар ҝөндәриб онлара деди: «Ҝедин, өлкәни ҝөэдән кечирин». Адамлар чыхыб Ај шәһәрини ҝөэдән кечирдиләр.

Fəsildə baxın Kopyalayın




YEŞUA 7:2
18 Çarpaz İstinadlar  

Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi.


O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi.


O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu.


Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində,


Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar.


Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan.


Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.


«Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək.


Ey İsrail, sən xəyanət etsən də, Heç olmasa Yəhuda təqsirkar olmasın. Qilqala getməyin, Bet-Avenə çıxmayın. “Var olan Rəbbin haqqı üçün” Deyib and içməyin.


Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun.


Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.


Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı;


Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı.


Nun oğlu Yeşua Şittimdən iki kişini casusluq etməyə gizli göndərib dedi: «Gedin oranın torpağını və Yerixonu gözdən keçirin». Onlar getdilər və Raxav adlı bir fahişənin evinə girib orada qaldılar.


Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır».


Filiştlilər İsraillə vuruşmaq üçün yığıldılar. Otuz min döyüş arabası, altı min atlı və dənizdəki qum dənələrinin sayı qədər camaat çıxıb Bet-Avenin şərqində Mikmasda ordugah qurdu.


Beləcə o gün Rəbb İsrailə qələbə qazandırdı və döyüş Bet-Avendən o tərəfə keçdi.


Bet-Eldə, Negevdəki Ramotda və Yattirdə,


Bizi izlə:

Reklamlar


Reklamlar