Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 9:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Bütün xalq, Efrayimin, Samariyanın sakinləri Bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir:

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Bütün xalq, Efrayimin, Samariyanın sakinləri Bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir:

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Бүтүн халг, Ефрајимин, Самаријанын сакинләри Буну биләҹәк. Бу гүрурлу, тәкәббүрлү халг белә дејир:

Fəsildə baxın Kopyalayın




YEŞAYA 9:9
23 Çarpaz İstinadlar  

Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!


Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».


Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


«Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz.


Lakin bütün bunlar doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir peyğəmbər olduğunu başa düşəcəklər”».


Beləcə Misiri cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».


Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».


Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm.


Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən!


Bilirdim inadkar olduğunuzu, Dəmir boyunlusunuz, tunc alınlısınız.


Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.


Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.


Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».


Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi.


İsrail üzərində həyata keçirilsin deyə Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.


Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına!


Efrayim sərxoşlarının şəhəri, qürur tacı Ayaq altında tapdalanacaq.


İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək.


Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq».


Bizi izlə:

Reklamlar


Reklamlar