Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 7:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Ефрајимин пајтахты Самаријадыр, Самаријанын башчысы исә анҹаг Ремалјанын оғлудур. Әҝәр иманда мөһкәм дурмасаныэ, Һеч дајана билмәэсиниэ».

Fəsildə baxın Kopyalayın




YEŞAYA 7:9
18 Çarpaz İstinadlar  

Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.


Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, Onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız».


Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına!


Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar.


Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə.


Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın!


Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq».


Bütün xalq, Efrayimin, Samariyanın sakinləri Bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir:


Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi.


Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?


Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu.


Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq.


Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx!


İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.


Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb.


Bizi izlə:

Reklamlar


Reklamlar