Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 7:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 белә дејир: “Ҝәлин Јәһуданын әлејһинә чыхаг, ваһимәјә салараг эәбт едәк вә Табел оғлуну ораја падшаһ гојаг”».

Fəsildə baxın Kopyalayın




YEŞAYA 7:6
12 Çarpaz İstinadlar  

Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» İsraillilər evlərinə getdilər.


Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi.


İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır.


Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.


Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.


İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər.


Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər.


Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq


Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq.


«Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə


Bizi izlə:

Reklamlar


Reklamlar