Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 48:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul etməyəcəksiniz? İndi isə Mən sizə yeni şeyləri, Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul etməyəcəksiniz? İndi isə Mən sizə yeni şeyləri, Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Буну ешитдиниэ, инди исә һамысына нәэәр салын. Бәс буну гәбул етмәјәҹәксиниэ? Инди исә Мән сиэә јени шејләри, Билмәдијиниэ ҝиэли шејләри билдирәҹәјәм.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 48:6
29 Çarpaz İstinadlar  

Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.


Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»


Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.


Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm».


Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam.


Bunlar indi yaradılır, keçmişdə yox. Siz bunu bu günə qədər bilmədiniz, Ona görə “bunu bilirdik” deyə bilməzsiniz.


Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin: “Məgər Mən İsrail üçün bir səhra oldum? Yaxud bir zülmət ölkəsi oldum? Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq, Bir daha Sənə tərəf gəlmərik?


“Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”.


«Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.


Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?


Rəbbin səsi şəhərə nida edir, Onun adından qorxmaq hikmətdir. «Ey şəhərdə toplanan camaat, eşidin! Ey şəhər sakinləri, dinləyin!


Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin.


Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.


Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».


Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib».


Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.


Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».


Bizi izlə:

Reklamlar


Reklamlar