Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 48:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Олуб-кечәнләри әввәлдән Мән бәјан етдим. Бу сөэләр ағэымдан чыхды вә онлары Мән билдирдим. Сонра гәфләтән бунлары һәјата кечирдим вә онлар јеринә јетди.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 48:3
16 Çarpaz İstinadlar  

Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində,


Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər.


Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam.


Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».


Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin.


İlk olaraq Siona «budur, budur onlar» deyirəm. Yerusəlimə müjdəçini göndərəcəyəm.


Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm».


Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür».


Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.


Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.


Bizi izlə:

Reklamlar


Reklamlar