Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 48:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Müqəddəs şəhərdən olduğunuza görə, İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz. Onun adı Ordular Rəbbidir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Müqəddəs şəhərdən olduğunuza görə, İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz. Onun adı Ordular Rəbbidir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Мүгәддәс шәһәрдән олдуғунуэа ҝөрә, Исраил Аллаһына бел бағладығыныэа ҝөрә фәхр едирсиниэ. Онун ады Ордулар Рәббидир.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 48:2
25 Çarpaz İstinadlar  

Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın.


Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.


O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.


Bizi Satınalan İsrailin Müqəddəsidir, Onun adı Ordular Rəbbidir.


Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi?


Allahınız Rəbb Mənəm. Mənəm dənizi gur dalğalarla çalxalayan. Ordular Rəbbidir Onun adı!


Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək.


Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki hər şeyi yaradan Odur. İsrail Onun irs qəbiləsidir, Onun adı Ordular Rəbbidir.


«Gəl bizim barəmizdə Rəbdən soruş. Çünki Babil padşahı Navuxodonosor bizə qarşı müharibə edir. Bəlkə Rəbb keçmişdə etdiyi möcüzələrə bənzər bir şey edər və Navuxodonosor bizdən əl çəkər?»


Ey Misir torpağında yaşayan bütün Yəhuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin: “Mən Öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yəhudalı şəxs ‹var olan Xudavənd Rəbbin haqqına and olsun› deyib Mənim adımı çəkməyəcək.


Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin.


Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz».


Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.


Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub


Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən;


Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək.


Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.


kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.


Mikeya dedi: «İndi bilirəm ki, Rəbb mənə yaxşılıq edəcək, çünki bir Levili kahinim var».


Bizi izlə:

Reklamlar


Reklamlar