Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 48:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Өэ хатиримә, Өэ хатиримә буну едирәм. Ахы нијә Мәним адым күфрлә чәкилсин? Мән Өэ иээәтими һеч кимә вермәрәм.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 48:11
23 Çarpaz İstinadlar  

Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.


Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim.


Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım.


“Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».


Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım.


Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi.


Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.


Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik.


Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir».


Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”.


Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».


hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.


Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir.


Bunları sizə qədimdən bəri bildirdim, Baş verməmişdən əvvəl sizə xəbər verdim ki, Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər Bunları əmr etdilər” deməyəsiniz.


Adım naminə qəzəbimi saxlayırdım, Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim.


Ey Allahımız, indi qulunun duasını və yalvarışlarını eşit. Ey Xudavənd, Öz xatirinə işıqlı üzünü viran olan Müqəddəs məkanına tərəf çevir.


Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm.


Bizi izlə:

Reklamlar


Reklamlar