Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 42:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Гој сәһра вә орадакы шәһәрләр, Гедар халгы јашајан кәндләр сәсини уҹалтсын, Села сакинләри тәрәннүм нәғмәси сөјләсин, Дағларын эирвәсиндән гышгырсын.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 42:11
21 Çarpaz İstinadlar  

Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq.


Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm.


Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu».


Sülh xəbəri gətirən, Dağları aşıb-gələn Müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir.


Axsaqlar ceyran kimi hoppanacaq, Lalların dili sevinclə nəğmə deyəcək, Çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq.


Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq.


Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.


Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək».


Ey sən qaya çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan! Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı. Yuvanı qartal kimi yuxarılarda qursan da, Səni oradan endirəcəyəm» Rəbb belə bəyan edir.


Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun.


Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?”


Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam.


Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.


Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.


Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.


Rəbbi tərənnüm edin, Çünki O, möhtəşəm işlər gördü, Qoy bütün dünya bunu bilsin!


Qalxın qayğısız və asayiş içində yaşayan Xalqın üzərinə hücum edin» Rəbb belə bəyan edir. «Onların şəhər darvazaları və sürgüləri yoxdur, Xalqı da özbaşına buraxılıb.


Ərəbistan və bütün Qedar rəhbərləri Sənin müştərilərin idi, Quzu, qoç və təkə ilə Səninlə ticarət etdilər.


Bizi izlə:

Reklamlar


Reklamlar