Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 4:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Сонра Рәбб Сион дағынын һәр јаныны, орада топлананларын үэәрини ҝүндүэ булуд вә түстү, ҝеҹә исә парлаг аловла өртәҹәк. Һәгигәтән, әэәмәтли шәһәрин үэәринә өртүк олаҹаг.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 4:5
25 Çarpaz İstinadlar  

Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin.


Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.


Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı.


Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı.


Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt.


Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt.


Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.


Bayramlar keçirdiyimiz şəhərə – Siona bax! Gözlərin Yerusəlimi, Sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək, Kəndirlərinin heç biri qırılmayacaq.


“Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».


Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.


Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!


Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək.


Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».


sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».


Bizi izlə:

Reklamlar


Reklamlar