Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 26:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Рәббә һәмишә ҝүвәнин, Чүнки Рәбб Аллаһ әбәди Гајадыр.

Fəsildə baxın Kopyalayın




YEŞAYA 26:4
32 Çarpaz İstinadlar  

Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, Onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız».


Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.


İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?


Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!»


Sən, ey İsrail, sənə qurtuluş verən Allahını unutdun, Pənahgahın olan Qayanı xatırlamadın. Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən, Özgə ağacların budaqlarından peyvənd edirsən.


Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq.


Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.


Qorxmayın, dəhşətə gəlməyin, Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı? Siz Mənim şahidlərimsiniz! Məndən başqa Allah varmı? Başqa Qaya yoxdur. O birilərini tanımıram».


Amma İsrailə qurtuluşu Rəbb verəcək. Bu qurtuluş əbədi sürəcək. Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq.


Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar.


Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın.


Salehliyim yaxındır, qurtuluşum gəlir, Xalqları Öz gücümlə mühakimə edəcəyəm. Uzaq diyarlar Mənə bel bağlayır, Qüvvətimə ümid edir.


Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan».


Ey padşah, əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.


Onda Navuxodonosor dedi: «Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, Öz mələyini göndərib Ona arxalanan qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin Allahından başqa bir allaha qulluq yaxud səcdə etməsinlər.


İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.


Bizi sınağa çəkmə, Lakin bizi şərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.”


Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi.


O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur.


Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər.


Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.


Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur!


Bizi izlə:

Reklamlar


Reklamlar