Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEŞAYA 13:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Дағлардакы иэдиһамын ҝурултусуну ешидин, Бу, бөјүк бир халгын сәсинә бәнэәр. Бир јерә топланан милләтләрин, Падшаһлыгларын нидасыны динләјин! Ордулар Рәбби бир ордуну дөјүшә чағырыр!

Fəsildə baxın Kopyalayın




YEŞAYA 13:4
23 Çarpaz İstinadlar  

Ah, çoxsaylı xalqların gurultusu Dənizlərin gurultusuna bənzər! Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar!


Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq.


Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək.


O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar. Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək. Axı işıq qara buludlarla örtülüb.


İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam.


Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».


«Aranıza göndərdiyim böyük qoşunumun – Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin, Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkənin Yeyib-qurtardığı illərin əvəzini verəcəyəm.


Kütlələr, mühakimə vadisində olan kütlələr, Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!


Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».


Bizi izlə:

Reklamlar


Reklamlar