Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 8:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 Dandan onların atlarının fınxırtısı eşidilir, Ayğırlarının kişnəmə səsindən Bütün ölkə titrəyir. Onlar gəlir, Torpağı və orada olan hər şeyi, Şəhəri və orada yaşayanları yeyib-qurtarır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

16 Dandan onların atlarının fınxırtısı eşidilir, Ayğırlarının kişnəmə səsindən Bütün ölkə titrəyir. Onlar gəlir, Torpağı və orada olan hər şeyi, Şəhəri və orada yaşayanları yeyib-qurtarır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

16 Дандан онларын атларынын фынхыртысы ешидилир, Ајғырларынын кишнәмә сәсиндән Бүтүн өлкә титрәјир. Онлар ҝәлир, Торпағы вә орада олан һәр шеји, Шәһәри вә орада јашајанлары јејиб-гуртарыр.

Fəsildə baxın Kopyalayın




YEREMYA 8:16
22 Çarpaz İstinadlar  

Onu çəyirtkə kimi tullandıran sənsənmi? Onun təmtəraqlı kişnəməsi xof salır.


Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi».


Cavanlığımızdan bəri Rüsvayçı bütlər Atalarımızın zəhmətini, Sürülərini və mal-qaralarını, Oğullarını və qızlarını tələf etdi.


Ancaq səni yeyənlərin də hamısı yem olacaq. Bütün düşmənlərin sürgünə gedəcək. Səni soyanlar soyulacaq, Səni qarət edənlər qarət olunacaq”.


Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi.


Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu.


Aslan yuvasından çıxdı, Millətləri məhv edən yola düşdü. Öz yerindən çıxdı ki, Ölkənizi viran etsin. Şəhərləriniz yerlə yeksan olacaq, Orada sakin qalmayacaq.


Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır.


Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq».


Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı!


Ölkə titrəyib lərzəyə gəlir! Çünki Rəbbin Babilə qarşı niyyəti – Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti Yerinə yetməlidir.


Onlar əllərində ox-kaman və nizə tutub, Rəhmsizdirlər, heç kəsə acımırlar. Səsləri dəniz kimi gurlayır, Atlara miniblər. Onlar yekdilliklə səninlə Müharibəyə hazırdır, ey Sion qızı!»


Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası!


Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı.


Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar».


Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin.


Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi.


Bütün İsrail övladları Dandan Beer-Şevaya qədər ərazidən və Gilead torpağından Mispaya çıxdılar. İcma bir nəfər kimi Rəbbin önündə toplandı.


O zaman at dırnaqları vurdu o yerə damğalar, Dördnala, dördnala qaçarkən köhlən atlar.


Bizi izlə:

Reklamlar


Reklamlar