Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 7:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Буна ҝөрә дә Шило илә неҹә рәфтар етдимсә, Мәним адымла чағырылан, ҝүвәндијиниэ мәбәдлә, сиэә вә аталарыныэа вердијим бу јерлә дә елә рәфтар едәҹәјәм.

Fəsildə baxın Kopyalayın




YEREMYA 7:14
28 Çarpaz İstinadlar  

O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.


İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”


İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.


Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı.


Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.


Buna görə də sizi tamamilə unudacağam, sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd edəcəyəm.


«Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”.


Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız,


Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz.


“İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”.


‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin.


Xudavənd qurbangahını rədd etdi, Müqəddəs məkanını tərk etdi. Saraylarının sədlərini düşmən əlinə keçirtdi, Onlar bayram günlərində olduğu kimi Rəbbin məbədində haray qopardı.


Qızıl necə də tutqunlaşdı, Saf qızıl parıltıdan düşdü. Müqəddəs daşlar Hər küçə başına dağılmışlar.


Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə verəcəyəm”.


İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.


Allahınız Rəbbin adını qoymaq üçün bütün qəbilələriniz arasından seçəcəyi yeri, Onun məskənini axtarın və oraya gedin.


Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar.


Bizi izlə:

Reklamlar


Reklamlar