Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




YEREMYA 5:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

19 Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

19 Бир вахт онлар сорушаҹаг: “Нә үчүн Аллаһымыэ Рәбб бүтүн бунлары башымыэа ҝәтирди?” Онда онлара белә сөјлә: “Неҹә Мәни тәрк едәрәк өэ өлкәниэдә јад аллаһлара хидмәт етдиниэсә, еләҹә дә өэҝә өлкәдә јаделлиләрә хидмәт едәҹәксиниэ”.

Fəsildə baxın Kopyalayın




YEREMYA 5:19
18 Çarpaz İstinadlar  

Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.


Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”».


Sənə verdiyim irsi Öz qəbahətinlə yox edəcəksən. Tanımadığın ölkədə səni Düşmənlərinə qul edəcəyəm. Çünki siz Mənim qəzəbimdən Od alışdırdınız, O əbədi yanacaq».


“Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər.


Məgər İsrail quldur? Yoxsa o, kölə doğulmuşdu? Bəs nə üçün qarət malı oldu?


Sən deyirsən: ‹Mən təqsirsizəm, Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›. Bax Mən səni mühakimə edəcəyəm, Çünki günah etmədiyini söyləyirsən.


Ancaq Rəbb bəyan edir: «Hətta o günlər sizi tamamilə qırıb-çatmayacağam.


Bunu Yaqub nəslinin içində bildirin, Yəhudada elan edin.


Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir?


Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər,


Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.


Bizi izlə:

Reklamlar


Reklamlar